Gəncədə anasının bıçaqladığı digər uşaq da xəstəxanada öldü
29 iyun 2015 11:54 (UTC +04:00)

Gəncədə anasının bıçaqladığı digər uşaq da xəstəxanada öldü

 

Bir müddət əvvəl Azərbaycanın Gəncə şəhərində anasının bıçaqladığı digər azyaşlı da xəstəxanada ölüb.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, yaralı azyaşlı hadisədən bir neçə gün sonra müalicə aldığı xəstəxanada keçinib.

 

APA məlum qətlin bəzi təfərrüatlarını da əldə edib. Araşdırmalar zamanı müəyyən edilib ki, hadisəni törədən Sədaqət Babayeva ilə əri Ramal Əliyevin arasında gərginlik olub. Onlar bir müddət əvvəl boşanmağa qərar veriblər. Lakin R. Əliyev boşanandan sonra uşaqları öz himayəsində saxlayacağını bildirib. Buna görə əri ilə bir neçə dəfə mübahisə edən S. Babayeva uşaqları öldürmək qərarına gəlib.

 

Polis tərəfindən tutulan S. Babayeva ifadəsində tutduğu əməldən peşman olduğunu deyib.

 

Qeyd edək ki, hadisə iyunun 20-də Gəncə şəhərində qeydə alınıb. Şəhər Baş Polis İdarəsinə şəhər sakini Ramal Əliyevin yaşadığı mənzildə naməlum şəxsin onun iki azyaşlı övladını bıçaqla qətlə yetirməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin  isə ağır vəziyyətdə olmasını aşkar ediblər.

 

Faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayev tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Qadın ilkin ifadəsində törətdiyi cinayəti də tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 160
avatar

Oxşar yazılar

 Bərdədə QƏZA   - 35 yaşlı kişi öldü

Bərdədə QƏZA - 35 yaşlı kişi öldü

26 fevral 2024 , 11:07
Azərbaycanda İrana görə KÜTLƏVİ HƏBSLƏR

Azərbaycanda İrana görə KÜTLƏVİ HƏBSLƏR

26 fevral 2024 , 10:31
İdman sarayının əməkdaşları ZƏHƏRLƏNDİ

İdman sarayının əməkdaşları ZƏHƏRLƏNDİ

26 fevral 2024 , 10:21
16 yaşlı qızın ərə getməsinin  qarşısı alındı - BAKIDA

16 yaşlı qızın ərə getməsinin qarşısı alındı - BAKIDA

26 fevral 2024 , 09:54
Lənkəranda QƏZA:  Ölən var

Lənkəranda QƏZA: Ölən var

26 fevral 2024 , 09:45
Bakıda maşın aşdı, xəsarət alanlar var - FOTO

Bakıda maşın aşdı, xəsarət alanlar var - FOTO

26 fevral 2024 , 05:35
Şirvanda bir ailə dəm qazından zəhərləndi

Şirvanda bir ailə dəm qazından zəhərləndi

26 fevral 2024 , 04:30
Zaqatalada dördotaqlı ev yandı

Zaqatalada dördotaqlı ev yandı

25 fevral 2024 , 23:19