Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
“Mercedes” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri, 1990-cı il təvəllüdlü Rzayev Rauf müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.