Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1994-cü il təvəllüdlü Tural Hüseynov qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
O dərhal əməliyyat edilib, vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə bıçaqlanma T. Hüseynovun mühafizəçi işlədiyi iş yerində olub.
Faktla bağlı Hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.