Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1994-cü il təvəllüdlü Asiman Məmmədov döş nahiyəsinin və qarının daxilə keçən çoxsaylı bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən A. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.