Gəncədə 11 evi talamış şəxs ələ keçdi
20 sentyabr 2017 12:06 (UTC +04:00)

Gəncədə 11 evi talamış şəxs ələ keçdi

0

Gəncədə çoxsaylı oğurluq əməlləri törətmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

 

Tutulan şəxsin ətrafında araşdırmalar davam etdirilir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar