Gəncə sakinindən tapança və patronlar götürülüb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Gəncə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sənan İbrahimovdan “Makarov” markalı tapança, 8 ədəd patron, evinə baxış zamanı isə oradan “RQD-5” markalı qumbara aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.