Gəncə sakini körpüdən yıxılıb
11 iyul 2015 12:32 (UTC +04:00)

Gəncə sakini körpüdən yıxılıb

0

Gəncə şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində, Gəncə çayının üzərində olan körpüdə baş verib.

 

Şəhər sakini, 1966-cı il təvəllüdlü Azər Məmmədov körpü üzərində hərəkət edərkən ehtiyatsızlıqdan körpüdən yıxılıb. Ağır bədən xəsarətləri alan 49 yaşlı kişi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onu vəziyyətinin ağır olduğu bildirilir.
 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar