Dünən gecə saatlarında Gəncədə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan 29 yaşlı Ramal İsgəndərovun Təbriz küçəsində yerləşən şadlıq evində bıçaqlandığı məlum olub. Müayinə zamanı Ramal İsgəndərovda döş qəfəsinin sol yarısının daxilə keçən kəsilmiş deşilmiş yarası aşkar olunub və yaralı dərhal əməliyyat olunub. Həkim Etibar Abbasov bildirib ki, R.İsgəndərov təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb: “Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti keçirilən əməliyyat uyğun ağırdır”.
İlkin məlumata görə, zərərçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
***
23:09
Gəncədə bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Ramal İsgəndərov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən gəncin vəziyyətinin orta ağır olduğu bildirilir. R. İsgəndərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.