Şabran şəhərində yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti və 2-ci otaqda divan, kreslo yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.