Gecə "Opel" və 3 otaqlı ev yanıb
18 mart 2015 07:11 (UTC +04:00)

Gecə "Opel" və 3 otaqlı ev yanıb

0

Ötən gün axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus "OPEL" markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Nəticədə evin  2 otağının yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 135

Oxşar yazılar