Futbolçu övladlarını məhkəmə yolu ilə həyat yoldaşından aldı
Türkiyəli futbolçu Emre Aşık övladlarını məhkəmə yolu ilə həyat yoldaşından alıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu 6 il birlikdə yaşadığı həyat yoldaşını uşaqlara şiddət göstərməkdə günahlandırıb.
Emre Aşık övladlarının döyüldüyü fotonu məhkəməyə sübut olaraq göstərib.
Aparılan araşdırılmadan sonra, uşaqların vəlayəti anaları Yağmur Aşıkdan alınaraq atalarına verilib.
Uşqaları atasına vermək istəməyən Yağmur Aşık, məhkəmənin bu qərarına görə sinir krizi keçirib.
Həmin anların görüntülərini təqdim edirik
1172