PKK-nın beş terrorçusu TƏSLİM OLDU
PKK terror qruplaşmasının 5 üzvü könüllü olaraq Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, təslim olanlardan ikisi qadındır.
Terrorçular Türkiyənin Şırnak vilayətində "fəaliyyət göstərən" PKK qruplaşmasının üzvləri olub.
Məlumata görə, onlar Türkiyənin İraqla sərhəddə yerləşən Habur gömrük-keçid məntəqəsinə gələrək silah-sursatlarını təhvil veriblər.
Hazırda qrup üzvlərinin şəxsiyyəti və törətdikləri əməllər araşdırılır.
Məlumatda "könüllülər"in bu addımından sonra PKK-da ruh düşkünlüyünün yaşandığı da vurğulanıb.
924