FİFA-dan "Neftçi"yə <span style="color:red;">XƏBƏRDARLIQ : 1 milyon ödənilməlidir
18 iyun 2015 14:26 (UTC +04:00)

FİFA-dan "Neftçi"yə XƏBƏRDARLIQ: 1 milyon ödənilməlidir

FİFA Bakının “Neftçi” klubuna sərt xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi sabiq futbolçusu Emil Mpenzaya olan borcunu ödəməyə məhkum edilib.

 

Ali futbol qurumu belçikalı oyunçu ilə klub arasında mübahisəli vəziyyəti araşdıraraq, müvafiq qərarı verib. Artıq bu qərar barədə məlumatlandırılan “Neftçi” Mpenzaya təxminən 1 milyon dollar ödəməlidi.

 

Bu məbləğ 2010-cu ilin yayında “Neftçi”yə keçən, 3 illik müqavilə imzalamasına baxmayaraq, ilyarım sonra qovulan legionerə vaxtında ödənilməyən puldu. 2012-ci ilin əvvəlində Emilə özünə klub tapmağı tövsiyə edilib. Bunun üçün ona rəsmi icazə verib, yola salan bakılılar onun klub tapacağı vaxta qədər maaşını da ödəməyə razılaşıb. Amma az keçməmiş paytaxt təmsilçisi FİFA-ya belçikalının komandanı özbaşına tərk etməsi ilə bağlı şikayət ünvanlayıb (futbolinfo.az).

 

Amma məsələdən xəbər tutan Mpenzanın özü də quruma şikayət etməyi lazım bilib. Bundan sonra məsələyə baxan FİFA da futbolçunun tərəfində durub. “Ağ-qaralar”ı məbləği ödəməyə məhkum edən qurum kluba daha sərt cəzalarla bağlı xəbərdarlıq da edib.

 

Belə ki, “Neftçi” Emilin pulunu ödəməsə transfer qadağası, hesabından xal silinməsi, aşağı dəstəyə göndərilməsi kimi cəzalara məruz qala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 81
avatar

Oxşar yazılar