FHN yanğınla bağlı məlumat yaydı
15 avqust 2015 04:19 (UTC +04:00)

FHN yanğınla bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanıb.

 

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar