95 saylı tam orta məktəbdə baş vermiş yanğın zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Siyəzən şəhərində Təhsil Nazirliyinə məxsus 2 saylı orta məktəbin ərazisində tikilmiş, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan yeməkxananın mətbəxində də yanğın olub.
Hadisə zamanı mətbəxdəki 5 litrlik qaz balonunda alışma baş verib. Nəticədə mətbəx əşyaları və mətbəxin tavanı 12 kv.m sahədə yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.