<b>FHN tədarük etdiyi buğdanın qiymətini qaldırdı</b>
14 sentyabr 2016 11:47 (UTC +04:00)

FHN tədarük etdiyi buğdanın qiymətini qaldırdı

0

Fövqəladə Hallar Nazirliyi buğda qəbulu ilə bağlı növbəti dəfə məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib: Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılmışdır. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək”.

 

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar