Fövqəladə Hallar Nazirliyi Novruz bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, Novruz bayramında yarana biləcək yanğın təhlükəsi ilə bağlı bir sıra qaydaları bilmək vacibdir:
Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Əgər pirotexniki vasitələrdən istifadə edilərsə, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır.
"Yadda saxlayın: qapalı məkanda atəşfəşanlıq etmək olmaz!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".