FHN Lənkəranda xüsusi təlim keçirib
29 avqust 2014 17:37 (UTC +04:00)

FHN Lənkəranda xüsusi təlim keçirib

 Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) “Fövqəladə hallar zamanı Fövqəladə Hallar  Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki xüsusi təlim keçirib.

 

APA-nın cənub bürosunun məlumatına görə, təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarət olub.

 

Təlim Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında reallaşıb. Təlimə FHN qurumlarının struktur bölmələri və cənub bölgəsində yerləşən rayonların ərazi xilasetmə qüvvələri cəlb olunublar.

 

Məlumat verilib ki, şərti olaraq 29 avqust 2014-cü il tarixində saat 9.00-da episentri Xəzər dənizində olmaqla, Lənkəran şəhərindən 30 km cənub-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Lənkəran şəhərində 6,5 bal, Astarada, 6 bal, Masallıda 0 bal, Lerik rayonunda 5,2 bal, Yardımlıda isə 4,5 bal qeydə alınıb. Şərti olaraq köhnə tikililərin qismən dağıntılara məruz qaldığı, bina və sənaye obyektlərində yanğınlar baş verdiyi, kommunikasiya xətlərinin sıradan çıxdığı qeyd olunub.

 

İlk mərhələdə quruda və havada kəşfiyyat qrupları şərti hadisə yerinə baxış keçirilib, şərti zəlzələnin fəsadları  müəyyənləşdirilib. Daha sonra şərti yanğından xilasetmə, suda xilasetmə və helikopterdən hadisə yerinə enmiş xüsusi təlim keçən itlə birgə desant qrupları yanğının söndürulməsi, hadisə zamanı xəsarət alan fəhlələrin təxliyə və xilas olunması ilə bağlı  təlimlər nümayiş etdiriblər. Şərti qəza xilasetmə işləri aparılan zaman 15 nəfər xilas edilib, 60 nəfər təhlükəli ərazidən təxliyə olunub, baş verən yanğınlar lokallaşdırılıb, kombinatda kimyəvi qəza və nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb.

 

Təlimi Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də izləyib.

 

Təlimin sonunda E.Mirzəyev meşə yanğınlarının söndürülməsində fəallıq göstərən şəxslərə FHN-in rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21