FHN intihara cəhdlə bağlı məlumat yaydı
04 oktyabr 2014 04:47 (UTC +04:00)

FHN intihara cəhdlə bağlı məlumat yaydı

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nizami rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dəmir asma körpünün üstünə qalxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər hadisə yerində toplaşan vətəndaşların ərazidən uzaqlaşdırılmasını və təhlükəsizlik çadırının çəkilməsini təmin ediblər.

 

Aparılmış psixoloji söhbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb, təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə xilasedicilər tərəfindən körpünün dəmir konstruksiyasından aşağı endirilərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 01:33-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694
avatar

Oxşar yazılar