Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xaçmaz şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1946-cı il təvəllüdlü Korniyenko Anatoli Vasilyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:44-də başa çatıb.