Bakıda daha 3 nəfər dənizdə boğulmaqdan xilas edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.
Bundan başqa, Qaradağ rayonunda da dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş daha 1 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub.