Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda rezin qayıqla dənizə çıxmış 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib.