Iyunun 20-də Xaçmaz şəhəri, Seyidli kəndində dənizdə 1 nəfər rezin qayıqla üzərkən hava şəraitinin küləkli olması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.
Vətəndaş xilas olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.