FHN ağır qəza ilə bağlı məlumat yaydı
18 sentyabr 2016 22:04 (UTC +04:00)

FHN ağır qəza ilə bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi sentyabrın 18-də Zərdabda  baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zərdab rayonu, Otmanoba kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Rzayev Qabil Qaybalı oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar