FHN ağır qəza ilə bağlı məlumat yaydı
17 may 2016 00:08 (UTC +04:00)

FHN ağır qəza ilə bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi mayın 16-da Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

 

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Qax rayonu ərazisində “Belarus" markalı traktor və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə, xilasedicilər deformasiyaya uğramış “Niva" markalı minik avtomobilindən 1927-ci il təvəllüdlü Səlihəd Rüstəm qızı Muradova, 1959-cu il təvəllüdlü Xanpəri Murad qızı Muradovanın cəsədini və yaralı vəziyyətdə olan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:27-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar