FHN-nin əməkdaşları quyuya düşmüş şəxsi xilas ediblər
14 dekabr 2014 18:34 (UTC +04:00)

FHN-nin əməkdaşları quyuya düşmüş şəxsi xilas ediblər

0

Ötən gecə Balaxanı qəsəbəsində quyuya düşən bir nəfərin köməyə ehtiyacı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin  (FHN) "qaynar xətti”nə məlumat daxil olub.

 

APA-nın məlumatına görə, dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunublar.

 

Məlum olub ki, quyuya düşən şəxs 2000-ci il təvəllüdlü Əhmədov İlkin Fərhad oğludur. O, yaşıdları ilə tonqal qalayıb isinərkən ehtiyatsızlıqdan quyuya düşüb. 


Qonşuların sözlərinə görə, evə gec gəldiyini görən valideynləri İlkinin axtarışlarına başlayıblar. Az sonra məlum olub ki, o dostları ilə birgə oynayarkən quyuya düşüb. 


Xilasedicilər xüsusi alpinist ləvazimatlarının köməyi ilə havasızlıqdan boğulmaq təhlükəsi ilə üzləşən İ. Əhmədovu xilas edərək ailəsinə təhvil veriblər. 



Qeyd edək ki, hadisə zamanı İ. Əhmədov xəsarət almayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar