FHN-in 16 əməkdaşı nöqsanlara görə işdən azad edilib
16 dekabr 2014 17:14 (UTC +04:00)

FHN-in 16 əməkdaşı nöqsanlara görə işdən azad edilib

0

“Bu ilin 11 ayı ərzində nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin 68 əməkdaşı barədə tədbirlər görülüb”.

 

APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının doqquzuncu ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov söyləyib.

 

K. Heydərov bildirib ki, 16 nəfər xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbiri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib.


 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 442

Oxşar yazılar