Fəhlə tikintidə ağır xəsarət aldı
16 may 2017 23:16 (UTC +04:00)

Fəhlə tikintidə ağır xəsarət aldı

0

Goranboyda fəhlə yıxılaraq ağır xəsarət alıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1957-ci il təvəllüdlü Orucov Qayıfqulu Mehdi oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, Q. Orucov fəhlə kimi işlədiyi tikintidə hündürlükdən mişar daşlarının üstünə yıxılaraq ağır xəsarət alıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar