Dünən səhər saatlarında Sabirabad rayonunda evdə baş verən yanğın nəticəsində yanaraq ölən bir ailənin 5 üzvü dəfn edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qaratuğay kəndində Rzayevlər ailəsində keçirilən mərasimdən sonra mərhumlar kənd qəbiristanlığında torpağa tapşırılıblar. Dəfn mərasimində Sabirabad rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, mərhumların qohumları iştirak edib.
Qeyd edək ki, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı və onun övladları 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızı yanaraq ölüb.
*****
Sabirabad rayonunda dünən baş vermiş yanğın hadisəsi zamanı dünyasını dəyişən bir ailə dəfn olunub.
Lent.az-ın xəbərinə görə, rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.
Hadisə dünən səhər saat 6.30 radələrində baş verib. Məlumata görə, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.