Fabrikdən 100 min manatlıq mal oğurlayanlar tutuldu
Bakıda quşçuluq fabrikindən 100 min manatlıq yem oğurlanıb.
APA-nın məlumatına görə, paytaxtın Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikində çalışan işçilər - Eynulla və Məşədiağa rəhbərliyinin icazəsi olmadan oradan 100 min manatlıq quş yemini oğurlayaraq satıblar.
Hadisə barədə polisə məlumat verilib.
Daxil olan məlumat əsasında həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən hər iki şəxs Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
501