Evinin həyətində 500-ə yaxın narkotik bitki becərirmiş
28 iyun 2019 09:24 (UTC +04:00)

Evinin həyətində 500-ə yaxın narkotik bitki becərirmiş

0

Evinin həyətyanı sahəsini narkotik plantasiyasına çevirən Zaqatala sakini saxlanılıb.

  DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin  Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının  rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin tapılaraq, məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a daxil olan məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala rayonu Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş  Hüseyn Ramazanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradakı istixanadan 335 ədəd narkotik bitki hesab edilən çətənə kolları və 117 ədəd çətənə bitkilərinin şitilləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

  Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar