İyulun 30-da Sabunçu rayonunda baş vermiş yanğında ağır yaralanan şəxs vəfat edib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakıxanov qəsəbə sakini Nail Sadıqov yaşadığı evdə baş vermiş yanğın nəticəsində bədən xəsarətləri və tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, avqustun 4-də ölüb.