Evi yandıran qonşu çıxdı
İyulun 26-da saat 03.00 radələrində İmişli rayonu Xiyabani küçəsi mənzil 24-də yaşayan Rəvanə Gülalıyevaya məxsus 1 mərtəbəli 2 otaqlı evdə yanğın baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının onun qonşusu Günel Xammədova tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırma aparılır.