Evi də, özü də yandı
04 iyun 2013 01:13 (UTC +04:00)

Evi də, özü də yandı

İyunun 3-də axşam saatlarında Quba şəhərində 2 mərtəbəli yaşayış evi yanıb.

 

Hadisə Quba şəhərinin Ağamalı küçəsində İsazadə Raqib Fikrət oğluna məxsus 2 mərtəbəli yaşayış evində baş verib. APA-nın şimal bürosu xəbər verir ki, evin 2-ci mərtəbəsində yaranan alov qısa zamanda bütün binanı bürüyüb. Dərhal əraziyə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 2 saat ərzində alov tam söndürülüb. Yanan evdə, evin sahibi 1963-cü il təvəllüdlü İsazadə Bəsti Raqib qızının cəsədi tapılıb. Onun yanaraq dünyasını dəyişdiyi bildirilir. Binanın birinci mərtəbəsinin bir hissəsi yanğından mühafizə olunsa da, qalan hissələr içindəki avadanlıqla birlikdə yanıb. İlkin ehtimala görə, yanğın elektrik xətlərində yaranan qısaqapanma nəticəsində baş verib.

 

Hazırda fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar