Evdən pul və qızılla dolu seyfi aparanlar tutuldu
13 aprel 2015 12:03 (UTC +04:00)

Evdən pul və qızılla dolu seyfi aparanlar tutuldu

0

Bakıda külli miqdarda pul və qızıl oğurlayan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının  keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 25-də Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən  evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü Qasım Bəylər oğlu Qüdrətli və 1993-cü il təvəllüdlü  İlqar Nazim oğlu Aslanov tutulub.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 199

Oxşar yazılar