Sabirabadda quldurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməli də müəyyən edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, quldurluq etdiyinə görə avqustun 3-də tutulmuş Aqşin Abdullayevin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Sabirabad RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il fevralın 10-da İbrahim Məhərrəmova məxsus evdən 16600 manat və 17900 ABŞ dolları pul oğurlaması da müəyyən edilib.
Araşdırma davam etdirilir.