Bakıda evdən külli miqdarda pul oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Kəmalə Xudatovanın evindən 15000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Lətif Məhərrəmov tutulub.