Ermənistanın daha bir əsgəri ölüb
19 yanvar 2013 14:58 (UTC +04:00)

Ermənistanın daha bir əsgəri ölüb

Ermənistanın Mərkəzi Hərbi Hospitalında yanvarın 13-dən müalicə keçən payızdan həqiqi hərbi xidmət keçən 18 yaşlı əsgər Artyom Akopyan ölüb.

 

APA-nın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, əsgərin xəstəliyi ilə bağlı dəqiq məlumat verilmir. Müdafiə Nazirliyinin istintaq xidmətindən isə bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

 

Xatırladaq ki, yanvarın 17-də həmin hospitalda ürək çatışmazlığı səbəbindən hərbçi Armenak Mkrtçyan da dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367

Oxşar yazılar