Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdiyi yanğınlar davam edir
06 iyun 2019 12:42 (UTC +04:00)

Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdiyi yanğınlar davam edir

Ermənistan silahlı bölmələrinin işğal etdiyi Azərbaycan ərazilərində ötən gecədən törətdiyi yanğınlar davam edir.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin Ağdam rayonunun Şıxlar və Baş Qərvənd kəndləri ərazisində çıxardığı yanğın daha geniş ərazilərə yayılıb.
 
Alov qoşunların qarşıdurma xəttinə keçib.
 
Yanğın gedən neytral ərazilərdə basdırılan minalar partlayışa səbəb olur.
 
Partlayış baş verən zaman cəbhə xəttində yaxın olan kəndlərdən də eşidilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar