Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını vurdular - <span style="color:red;">MN
19 may 2016 19:56 (UTC +04:00)

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını vurdular - MN

0

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 450

Oxşar yazılar