Ermənilər snayper və iriçaplı pulemyotlarla atəşkəsi pozub
12 avqust 2016 10:00 (UTC +04:00)

Ermənilər snayper və iriçaplı pulemyotlarla atəşkəsi pozub

0

 

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.


MN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Barekamavan, İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.


Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 167

Oxşar yazılar