Ermənilər işğal olunmuş ərazilərimizə od vurdu
06 iyul 2015 10:21 (UTC +04:00)

Ermənilər işğal olunmuş ərazilərimizə od vurdu

 

Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarında yanğın törətməkdə davam edirlər.

 

Bu dəfə ermənilər işğal altında olan dağ massivlərinə od vurublar.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Şahbulaq, Yeddixırman dağlarında güclü yanğınlar müşahidə olunur.

 

Qoşunların təmas xəttinə yaxın, həmçinin ermənilərin nəzarətində cəbhədən xeyli uzaq olan Göytəpə, Qaraqaşlı, Kəngərli, Salahlı kəndlərində, keçmiş Gülçülük sovxozu və Uzundərə adlanan ərazilərdə də yanğınlar qeydə alınıb.

 

Alovun miqyası getdikcə genişlənir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 140
avatar

Oxşar yazılar