Ermənilər daha bir strateji əhəmiyyətli şirkəti özəlləşdirir
21 iyun 2015 18:05 (UTC +04:00)

Ermənilər daha bir strateji əhəmiyyətli şirkəti özəlləşdirir

Ermənistan parlamenti milli poçt operatoru olan "Aypost" şirkətinin özəlləşdirilməsi ilə bağlı hökumətin təqdim etdiyi qanun layihəsini qəbul edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, səsvermədən öncə "İrs" fraksiyasının rəhbəri Zarui Postancyan millət vəkillərini qanun layihəsinin əlyehinə səs verməyə çağırıb. Onun sözlrinə görə, şirkətin yeni sahibi parlament qarşısında hesabat verməkdən imtina edə bilər. Buna misal olaraq, o, özəlləşdirilən "Ermənistan elektrik şəbəkəsi" (sahibi Rusiyanın "Vahid elektrik şəbəkəsi" şirkətidir) şirkətini göstərib.

 

Digər millət vəkili Ovanes Marqaryan isə bildirib ki, strateji əhəmiyyət kəsb edən şirkətlərin özəlləşdirilməsinin yolverilməzdir.

 

Hazırda millət vəkili olan keçmiş hərbi prokuror Qaqik Cangiryan isə qeyd edib ki, şirkətin özəlləşdirilməsi qiymət artımına səbəb olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Oxşar yazılar