Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törədiblər
19 avqust 2014 00:16 (UTC +04:00)

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törədiblər

0
Ermənistan Ordusunun Dağlıq Qarabağ ərazisində yerləşən hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədib
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, erməni hərbiçiləri Ağdamın işğal altında olan Şahbulaq dağı istiqamətində yüksəkliklərdə yerləşən otlaq və əkin sahələrinə od vurublar. Yanğının yaxınlıqdakı meşəlik ərazilərə də yayıldığı müşahidə olunur. 
 
Hazırda alovun hektarlarla sahəni əhatə etdiyini təxmin etmək mümkündür.   
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1607

Oxşar yazılar