Sentyabrın 8-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan vətəndaşı saxlanılıb.
Lent.az-ın məlumatına görə, Ermənistan mətbuatı bu barədə qondarma "Dağlıq Qarabağ Respublikasının" "Müdafiə Nazirliyinin mətbuat xidməti"nə istinadən xəbər yayıb. Məlumata görə, Cavid Məmmədov cəbhə xəttinin Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən saxlanılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı lent.az-a açıqlamasında bildirib ki, belə bir fakt var: "Belə bir fakt var, hazırda müvafiq araşdırma aparılır".
Ermənistan mətbuatı həmçinin C. Məmmədovun saxlanılması barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verildiyini də qeyd edib.