Ermənilər 5 rayonumuzu atəşə tutub
27 sentyabr 2014 10:23 (UTC +04:00)

Ermənilər 5 rayonumuzu atəşə tutub

0

Ermənistan silahlı bölmələri sentyabrın 26-da və 27-nə keçən gecə İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.


 

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, işğalçılar Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar. Düşmən cavab atəşi ilə susdurulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 791

Oxşar yazılar