[b]Ərini öldürən qadın son sözündə ağladı…[/b]
03 may 2019 15:57 (UTC +04:00)

[b]Ərini öldürən qadın son sözündə ağladı…[/b]

Ərini öldürməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə davam edib.
 
Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vüsalə Mirzəyevanın 12 il 6 ay müddətinə azadlıqdna məhrum edilməsini tələb edib.  
 
Təqsirləndirilən qadın son söz deyərək əməlindən peşman olduğunu deyib.  Göz yaşlarını saxlaya bilməyən qadın son sözünün davam etdirə bilməyib. 
 
Hakimlər kollegiyasının hökmünə əsasən Vüsalə Mirzəyeva 11 il azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.
 
Şəhər sakini Mirzəyeva Vüsalə Tahir qızı həyat yoldaşı Osmanov Maarif Tofiq oğlu və onun anası Osmanova Narxanım İsmayıl qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib.
 
V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. Hadisə nəticəsində M.Osmanov hadisə yerində ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255

Oxşar yazılar