Əri bıçaqlanan qadın özünü öldürmək istədi
14 oktyabr 2013 14:26 (UTC +04:00)

Əri bıçaqlanan qadın özünü öldürmək istədi

Azərbaycanda əri bıçaqlanan qadın intihara cəhd edib. Lent. az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Mingəçevir şəhəri ərazisində Yeni Həyat qəsəbə sakini Elsevər Quliyev münaqişə zəminində bıçaqla qohumu Elşən Mahmudova xəsarət yetirib hadisə yerindən qaçıb. Hadisədən xəbər tutan E. Mahmudovun arvadı Ayşən intihar məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından özünü atıb.

 

E. Mahmudov və Ayşən xəstəxanaya yerləşdiriliblər.

 

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar