Bəstəkar müğənni Emin Ağalarov iki gün əvvəl Nabranda baş vermiş dəhşətli faciədə ayağını itirən İmrana dəstək olmasından yazıb. Lent.az-ın məlumatına görə, E.Ağalarov sosial şəbəkədə azyaşlı İmran barədə bu sözləri qeyd edib: “Dostlar, ilk növbədə İmrana sağlamlıq, valideynləri və yaxınlarına isə belə dərdə dözməkləri üçün güc arzulayıram. Vurğulamaq istərdim ki, bu faciəyə reaksiya verən təkcə mən olmadım. Bu haqda bu gün səhər İnstagramda öyrəndim və körpənin xalaları ilə əlaqə saxlaya bildim. Vəsaitin yarısı həmvətənlərimizin sayəsində artıq toplanmışdı. İyulun 11-də Bakıda verdiyim xeyriyyə konsertindən toplananlar isə bu gün göndərilməli idi. Lakin mənə məlumdur ki, dövlət digər təşkilatı məsələlərin həllini artıq öz üzərinə götürüb. Bir daha qeyd edirəm ki, bu, bizim ümumi köməyimizdir və biz ümid edirik ki, bu, körpəyə həqiqətən də kömək edəcək”.
Qeyd edək ki, baş vermiş hadisə zamanı 2 yaşlı İ. Cəfərovun ayaqları tamamilə parçalanıb. O, sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.