“Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.
Lent.az-ın Yenicag.az-a istinadən xəbərinə görə, qəza nəticəsində aktyorun idarə etdiyi “BMW” markalı avtomobilinə ciddi ziyan dəyib.
İbrahim Çingiz xəbəri təsdiqləyib: “Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.
Qeyd edək ki, İ. Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur.